İngiltərə premyer liqası

"Old Trafford"da qələbə qolunu türk futbolçu vurdu

  • 2021-05-11

İngiltərə Premyer Liqasında 36-cı turun oyunları keçirilir.

"Mançester Yunayted" "Old Trafford"da "Lester"i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Lester"in qələbə qolunu Türkiyə millisinin üzvü Çağlar Söyüncü vurub.  


"Mançester Yunayted" - "Lester" - 1:2
Qollar:
 Tomas, 10 (0:1), Qrinvud, 15 (1:1), Söyüncü, 66 (1:2)

Bu nəticədən sonra "Mançester Yunayted" 70 xalla 2-ci pillədə qərarlaşıb. "Lester" isə xallarını 66-ya çatdırıb və "Çelsi"ni qabalayaraq 3-cü pilləyə yüksəlib.