İngiltərə premyer liqası

"Mançester Yunayted" son dəqiqədə qələbə qazandı - Video

  • 2022-01-23

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 23-cü tur oyununa çıxıb.

"Qırmızı şeytanlar" "Vest Hem"i qəbul edib. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Yunayted" - "Vest Hem" - 1:0
Qol: 
Reşford, 90+3

Bu qələbə ilə xalını 38-ə çatdıran "Mançester Yunayted" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Siyahıya 56 xalla "Mançester Siti" başçılıq edir.