"Tottenhem"den yeni rekord
- 2022-01-20
İngiltərə Premyer Liqasının 17-ci turunda təxirə salınan və ötən gecə oynanılan "Lester"lə matç "Tottenhem" üçün əlamətdar olub.
Əzmkar qələbə qazanan (3:2) "Tottenhem" turnir tarixində ən gec geridönüş edən komanda olub. Antonio Kontenin yetirmələri 94-cü dəqiqə 52-ci saniyədə 1:2 hesabı ilə geridə olsa da, sonda meydanı qalibiyyətlə tərk edib.
Londonlular 95 və 97-ci dəqiqələrdə fərqlənərək, möhtəşəm geridönüşə imza atıb. Qarşılaşmanın qəhrəmanı əlavə olunmuş dəqiqələrdə dubl edən Stiven Berqveyn olub.
Daha əvvəl bu rekord "Mançester Siti"yə məxsus idi. "Şəhərlilər" 2012-ci ilin mayında 91-ci dəqiqə 14-cü saniyədə "Kuinz Park Reyncers"lə matçda 1:2 hesabı ilə geridə olsa da, sonda qalib gəlib – 3:2.
Qeyd edək ki, 19 oyunda 36 xal toplayan "Tottenhem" turnir cədvəlində 5-ci yerdədir. "Lester" (25) isə 10-cu pillədə qərarlaşıb.