"Liverpul" və Salahın tələbləri üst-üstə düşmür
- 2022-01-17
Məhəmməd Salahın "Liverpul"dan yeni müqavilə ilə bağlı tələbləri məlum olub.
"The Mirror"da verilən xəbərdə bildirilir ki, Mersesayd klubu ona həftədə 400 min funt-sterlinq ödəsə, misirli oyunçu yeni müqaviləyə razı olacaq. Bu məbləğ isə onun hazırkı maaşından iki dəfə çoxdur.
"Liverpul" futbolçunun irəli sürdüyü bu şərtlər səbəbindən Salahla müqaviləni yeniləmək niyyətində deyil. Tərəflər arasında mövcud müqavilə 2023-cü ilin yayında başa çatır.