London derbisi təxirə salındı
İngiltərə premyer liqası

London derbisi təxirə salındı

  • 2022-01-16

İngiltərə Premyer Liqasının 22-ci turunun "Tottenhem" - "Arsenal" matçı təxirə salınıb. 

"Gunners"ə istinadən, buna qonaq komandada koronavirusun yayılması, zədəlilərin olması və futbolçuların bəzilərinin Afrika Millətlər Kubokuna yola düşməsi səbəb olub. 

Premyer Liqa rəhbərliyi "Arsenal"ın müraciətini qəbul edib və görüşün başqa tarixə keçirilməsinə qərar verib. Oyunun yeni tarixi hələ müəyyənləşməyib.

Qeyd edək ki, görüş bugün oynanılmalı idi.