Premyer liqanı tərk edəcək sonuncu klub müəyyənləşib
- 2021-05-11
"Fulhem" növbəti mövsüm İngiltərə Premyer Liqasında mübarizə aparmayacaq.
Komandanın 35-ci turda "Bernli"yə 0:2 hesablı məğlubiyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 27 xalı olan "Fulhem" son üç turda qalib gəlsə belə, Premyer Liqada qalmağa imkan verən 17-ci pillədəki "Sauthempton"a (37 xal) çata bilməyəcək.
Beləliklə, London təmsilçisi İngiltərə futbolunun elitasına qayıtdıqdan sonra ilk mövsümündə yüksək liqanı tərk edib.
Qeyd edək ki, "Fulhem" rəsmi olaraq Premyer Liqanı tərk edən üçüncü və son komanda olub. Bundan əvvəl "Şeffild Yunayted" və "Vest Bromviç"in əsas liqadan ayrılacağı dəqiqləşib.