Qvardiola koronavirusa yoluxdu
İngiltərə premyer liqası

Qvardiola koronavirusa yoluxdu

  • 2022-01-06

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola koronavirusa yoluxub. 

Bu barədə "Sport Express" nəşri məlumat yayıb. 50 yaşlı mütəxəssisdən və onun köməkçisi Xuanma Lillodan götürülən test nümunələrinin nəticələri pozitiv olub. 

Komandanı sabah İngiltərə kubokunda "Svon Taun"la matça köməkçi məşqçi Rodolfo Borrell çıxaracaq.