Ronaldoya görə narazıdırlar
İngiltərə premyer liqası

Ronaldoya görə narazıdırlar

  • 2022-01-06

"Mançester Yunayted"in bir neçə futbolçusu Kriştiano Ronaldonun komandanın heyətində çox oyun şansı almasından narazıdır. 

Bu barədə "Daily Express" məlumat yayıb. Harri Maquayr, Edinson Kavani və Meyson Qrinvud Kriştiano Ronaldonun daha çox oynamasına görə narazıdırlar. Həmçinin onlar düşünürlər ki, portuqaliyalı hücumçunun çıxışı komandanın oyununa mənfi təsir göstərir.

Qeyd edək ki, daha əvvəl "qırmızı şeytanlar"ın müdafiəçisi Lyuk Şou komandada birliyin olmadığını söyləmişdi.