100 qırmızı vərəqə alan ilk klub
İngiltərə premyer liqası

100 qırmızı vərəqə alan ilk klub

  • 2022-01-01

"Arsenal" İngiltərə Premyer Liqasında antirekorda imza atıb.

"Opta"ya istinadən, 21-ci turda "Mançester Siti" ilə qarşılaşan London təmsilçisi matçın 59-cu dəqiqəsində azlıqda qalıb. Qabriel ikinci sarı vərəqə ilə meydandan qovulub.

Bu, "Arsenal"ın Premyer Liqada indiyədək aldığı 100-cü qırmızı vərəqə olub. Bununla da "topçular" Premyer Liqada 100 qırmızı vərəqə həddinə çatan ilk klub olub.