"Tottenhem" son dəqiqələrdə qələbə qolu vurdu
İngiltərə premyer liqası

"Tottenhem" son dəqiqələrdə qələbə qolu vurdu

  • 2022-01-01

İngiltərə Premyer Liqasında 21-ci turun oyunları davam edir.

"Tottenhem" səfərdə "Uotford"un qonağı olub. Qarşılaşma Antonio Kontenin komandasının minimal hesablı qələbəsiylə başa çatıb.

"Uotford" - "Tottenhem" - 0:1

Qol: Devinson Sançes, 90+6

Xallarını 33-ə yüksəldən "Tottenhem" turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. 13 xalı olan "Uotford" isə 17-ci yerdədir.