Kloppda koronavirus aşkarlandı
İngiltərə premyer liqası

Kloppda koronavirus aşkarlandı

  • 2022-01-01

"Liverpul"un baş məşqçisi Yurgen Kloppda koronavirus aşkarlanıb.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Almaniyalı mütəxəssisin sonuncu COVİD-19 testinin pozitiv çıxdığı bildirilir. Buna görə də o, "Çelsi" ilə keçiriləcək Premyer Liqa matçında texniki zonada yer ala bilməyəcək.