"Mançester Siti"dən "Arsenal"la oyunda geridönüş
İngiltərə premyer liqası

"Mançester Siti"dən "Arsenal"la oyunda geridönüş

  • 2022-01-01

İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilir.

Turun mərkəzi matçında "Arsenal" "Mançester Siti"ni qəbul edib. Hesabı meydan sahibləri açsa da, "şəhərlilər" əzmkar qələbə qazanıb - 2:1.

"Arsenal" - "Mançester Siti" - 1:2

Qollar: Saka, 31 (1:0), Mahrez, 57 (1:1), Rodri, 90+3 (1:2)

Qırmızı vərəqə: Qabriel, 59 ("Arsenal")

Bu nəticədən sonra xallarını 53-ə çatdıran "Mançester Siti" liderliyini möhkəmləndirib. "Çelsi" 42 xalla 2-ci, "Liverpul" 41 xalla 3-cü, "Arsenal" 35 xalla 4-cüdür.