"İngiltərənin 4 böyük komandasından biri deyilik"
- 2022-01-01
"Mən bu vəzifəyə təyin olunduqdan bir ay sonra klubumuzun prezidenti ilə görüşdüm. Onda doğru zaman deyildi. İndi isə zaman çatıb. Ona görə də prezidentlə görüşü gözləyirəm".
Britaniya mətbuatına istinadən, bu sözləri "Tottenhem"in baş məşqçisi Antonio Konte deyib.
O, komandasının hazırkı durumundan tam razı qalmadığını söyləyib: "Prezidentə hər şeyi izah edə bilərəm. Amma qəti olaraq hər şeyi düzəltməkdən danışmaq tezdir. Çempionlar Liqasına qatılmaq üçün 2-3 transfer yetərli deyil. Bunun üçün sistemli iş qurmaq lazımdır və zamana ehtiyac var. Futbol sadə bir oyun deyil. Hazırda çox önəmli komandalara qarşı mübarizə aparırıq. Bu, kiməsə asan gəlməsin. ÇL-də oynamağımız üçün bəzi komandaların xal itirməsi lazımdır. İngiltərənin 4 boyük komandası var və biz onlardan biri deyilik. Bu il önəmli investisiya qoymaqla boşluqları doldurmağa çalışacağıq".