Vardi 1 ay oynamayacaq
İngiltərə premyer liqası

Vardi 1 ay oynamayacaq

  • 2022-01-01

"Lester"in heyətində ciddi itki baş verib.

Komandanın liderlərindən olan Ceymi Vardi sıradan çıxıb. Premyer Liqanın 20-ci turunun "Liverpul"la matçında (1:0) ayağında xəsarət alan 34 yaşlı hücumçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ceymi Vardi bu mövsüm 22 oyunda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.