Arteta koronavirusa yoluxdu
İngiltərə premyer liqası

Arteta koronavirusa yoluxdu

  • 2021-12-29

"Arsenal"ın baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub.

Klubun saytına istinadən, ispan mütəxəssisin karantinə alındığı bildirilib. Bu səbəbdən onun İngiltərə Premyer Liqasında yanvarın 1-i keçiriləcək "Mançester Siti" ilə oyunu buraxacağı bildirilib.

Qeyd edək ki, dekabrın 28-də keçirilməli olan olan "Arsenal" – "Vulverhempton" Premyer Liqa matçı qonaq komanda arasında koronavirusun yayılması səbəbindən təxirə salınmışdı.