Salahın uğurlu seriyasının sonu
İngiltərə premyer liqası

Salahın uğurlu seriyasının sonu

  • 2021-12-29

Ötən gecə Premyer Liqanın 20-ci turunda "Lester"lə matçda "Liverpul"un futbolçusu Məhəmməd Salahın uğurlu penaltilər seriyası qırılıb.

29 yaşlı hücumçu qarşılaşmada 11 metrlik məsafədən fərqlənməyi bacarmayıb. Sözügedən oyunadək Salah ardıcıl 15 penaltini dəqiq yerinə yetirib.

Ümiyyətlə, əvvəllər Salah Premyer Liqada yalnız 1 dəfə penaltini qola çevirə bilməyib. O, ilk dəfə 2017-ci ilin oktyabrında "Haddersfild"lə görüşdə belə imkanı qaçırıb.

Qeyd edək ki, "Liverpul" qarşılaşmada "Lester"ə 0:1 hesabı ilə uduzub. Aktivində  41 xalı olan komanda turnir cədvəlində lider "Mançester Siti"dən 6 xal geri qalır.