Kontedən yeni rekord
İngiltərə premyer liqası

Kontedən yeni rekord

  • 2021-12-29

Premyer Liqanın 20-ci turunda "Sauthempton"la matç "Tottenhem"in baş məşqçisi Antonio Konte üçün əlamətdar olub

O, turnirdə yeni rekorda imza atıb. Bu barədə yarışın rəsmi tviter hesabı məlumat yayıb. 52 yaşlı mütəxəssisin komandası "Sautgempton"la oyunda 1:1 hesablı heç-heçə edib. Konte London təmsilçisinin tarixinə daxili çempionatda keçirdiyi ilk yeddi oyunda uduzmayan ilk baş məşqçi kimi düşüb.

Qeyd edək ki, "Tottenhem" hazırda 30 xalla 6-cı pillədə qərarlaşıb. Antonio Konte  noyabrın 2-dən bu komandanı çalışdırır. İtaliyalı mütəxəssisin müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.