Premyer Liqada yeni rekord
- 2021-12-28
İngiltərə Premyer Liqasının 19-cu turunda "Aston Villa"nı məğlub edən (3:1) "Çelsi"nin futbolçusu Jorjinyo yeni rekorda imza atıb.
Sözügedən matçda iki dəfə penaltidən fərqlənən italyan yarımmüdafiəçi 2021-ci ildə çempionatda 10 dəfə penaltidən qol vurub.
Jorjinyo Premyer Liqada bir təqvim ilində penalti zərbəsindən ən çox qol vuran futbolçu olub. O, bu göstəricidə "Liverpul"un sabiq futbolçusu Stiven Cerrardın rekordunu yeniləyib. Cerrard 2014-cü ildə çempionatda "Liverpul"la 9 dəfə penaltidən qol vurmuşdu.