Premyer Liqanın daha iki matçı təxirə salındı
İngiltərə premyer liqası

Premyer Liqanın daha iki matçı təxirə salındı

  • 2021-12-27

İngiltərə Premyer Liqasında daha iki oyun təxirə salınıb.

20-ci turun "Lids" – "Aston Villa" və "Arsenal" – "Vulverhempton" matçı əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 28-də keçirilməyəcək.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Buna səbəb "Lids"də və "Vulverhempton"da koronavirusa kütləvi yoluxma səbəb göstərilib. 
 
Qarşılaşmaların nə vaxt keçiriləcəyi hələlik bəlli deyil.