Daha bir oyunu təxirə salındı
İngiltərə premyer liqası

Daha bir oyunu təxirə salındı

  • 2021-12-24

İngiltərə Premyer Liqasının 19-cu turunun "Bernli" – "Everton" matçı təxirə salınıb.

Turnirin rəsmi saytına istinadən, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi, dekabrın 26-da baş tutmayacaq. Buna səbəb "Everton"un heyətində koronavirusa yoluxma hallarının artmasıdır. Matçın nə vaxt keçiriləcəyi məlum deyil.

 

Xatırladaq ki, 19-cu turun "Liverpul" – "Lids" və "Vulverhempton" – "Uotford" matçı da komandaların heyətlərində koronavirusa yoluxma halları olduğu üçün təxirə salınıb.