7000-ci qol
- 2021-12-19
İngiltərə Premyer Liqasının 18-ci turunda "Lids"lə keçirilən oyun (4:1) "Arsenal" üçün əlamətdar olub.
London klubu İngiltərə çempionatları tarixində 7000-ci qolunu vurub. Yubiley qoluna matçın 16-cı dəqiqsində Qabriel Martinneli imza atıb.
"Arsenal" İngiltərə futbol tarixində 7000 qola çatan üçüncü klub olub. Bu göstəricidə London təmsilçisini yalnız iki komanda üstələyir. Bunlar "Liverpul" (7069) və "Everton" (7139) komandalarıdır.