İngiltərə premyer liqası

"Arsenal" 4 qolla qalib gəldi - Video

  • 2021-12-19

İngilərə Premyer Liqasında 18-ci tura start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. "Arsenal" səfərdə "Lids"lə qarşılaşıb. London təmsilçisi 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 18-ci turun "Aston Villa" – "Bernli", "Mançester Yunayted" – "Brayton", "Sauthempton" – "Brentford", "Uotford" – "Kristal Pelas", "Vest Hem" – "Norviç Siti" və "Everton" – "Lester Siti" matçları klubların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

18 dekabr

İngiltərə Premyer Liqası, 18-ci tur

"Lids" – "Arsenal" - 1:4
Qollar:
 Rapinya, 75-pen – Martinelli, 16; 28. Saka, 42. Smit Rou, 84.

Turnir cədvəlinə 41 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 40 xalla 2-ci, "Çelsi" 37 xalla 3-cü, "Arsenal" 32 xalla 4-cüdür.