"Mançester Yunayted"də kütləvi yoluxma
İngiltərə premyer liqası

"Mançester Yunayted"də kütləvi yoluxma

  • 2021-12-16

"Mançester Yunayted"in bazasında kütləvi şəkildə koronavirus infeksiyası yayılıb.

"The Telegraph"a istinadən, eyni vaxtda 19 nəfərdə koronavirus testi müsbət çıxıb. Onların arasında futbolçular və klub əməkdaşları da var. Sözügedən şəxslərin hamısı karantinə alınıb

"Qırmızı şeytanlar"ın rəhbərliyi artıq Premyer Liqa ilə şənbə günü keçiriləcək "Brayton"la matçın təxirə salınmasının mümkünlüyünü müzakirə etməyə başlayıb.