Premyer Liqanın daha bir matçı təxirə salındı
- 2021-12-16
İngiltərə Premyer Liqasının 17-ci turunda keçirilməli olan "Börnli" - "Uotford" oyunu təxirə salınıb.
Buna qonaqların heyətində koronavirusa yoluxma halının aşkarlanması səbəb olub. Bu barədə "Börnli"nin mətbuat xidməti məlumat yayıb. Qarşılaşmanın yeni tarixi barədə hələlik açıqlama verilməyib.
Qeyd edək ki, yoluxma səbəbindən 16-cı turda "Brayton" - "Tottenhem" və 17-ci turda "Brenford" - "Mançester Yunayted" matçı da təxirə salınıb.