Firmino qayıtdı
- 2021-12-16
"Liverpul"un hücumçusu Roberto Firmino bud nahiyəsindən aldığı zədədən tam sağalıb.
Klubun saytına istinadən, braziliyalı futbolçu artıq tam məşqlərə başlayıb və meydançaya qayıtmağa hazırdır. Komandanın baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında dekabrın 16-da keçiriləcək "Nyukasl"a qarşı matçda 30 yaşlı oyunçuya şans verə biləcək.
Qeyd edək ki, bu mövsüm Firmino "Liverpul"un heyətində bütün turnirlərdə 11 oyun keçirib, 6 qol vurub, 1 qolun ötürməsini verib.
Xatırladaq ki, futbolçu Çempionlar Liqasının qrup mərhələsində noyabrın 3-ü keçirilən "Atletiko" ilə görüşdə (2:0) zədələnmişdi.