"Mançester Siti"dən darmadağın və yeni rekord
İngiltərə premyer liqası

"Mançester Siti"dən darmadağın və yeni rekord

  • 2021-12-15

"Mançester Siti" Premyer Liqanın 17-ci turunda "Lids Yunayted" ilə qarşılaşıb. 

Görüş "şəhərlilər"in 7:0 hesablı qələbəsi ilə başa çatıb.  

Beləliklə, komanda 2021-ci ildə çempionatda 33-cü qələbəsini qazanıb. Bununla da "Mançester Siti" "Liverpul"un 1982-ci ildəki rekordunu təkrarlayıb. 

Bundan əlavə, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola da yeni rekorda imza atıb. Komanda onun rəhbərliyi altında Premyer Liqada 500-cü qolu vurub. "şəhərlilər" buna 207-ci görüşdə çatıb. Əvvəlki rekord "Liverpul"a rəhbərlik edən Yurgen Kloppa məxsus idi. Son ölkə çempionu almaniyalı mütəxəssislə 234 qarşılaşmada 500 dəfə fərqlənib.