Noyabr ayının ən yaxşı futbolçusu
İngiltərə premyer liqası

Noyabr ayının ən yaxşı futbolçusu

  • 2021-12-10

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Ötən ayın ən yaxşısı adına "Liverpul"un müdafiəçisi Trent-Aleksander Arnold layiq görüb.

O,  keçən ay ərzində keçirdiyi 3 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib. "Qırmızılar" "Vest Hem"ə 2:3 hesabı ilə məğlub olubsa, "Arsenal" və "Sauthempton" üzərində 4:0 hesablı qələbə qazanıb. Bununla Arnold 2019-cu ilin dekabrından bəri ilk dəfə Premyer Liqada ayın oyunçusu mükafatını alıb.

23 yaşlı oyunçu Joao Kanselo ("Mançester Siti"), Emmanuel Dennis ("Uotford"), Dioqo Jota ("Liverpul"), Con Makqinn ("Aston Villa") və Bernardo Silvanı ("Mançester Siti") qabaqlayıb.

Qeyd edək ki, Premyer Liqada oktyabrın ən yaxşısı "Liverpul"un digər oyunçusu Məhəmməd Salah seçilib.