Qvardiola ən yaxşı seçildi
İngiltərə premyer liqası

Qvardiola ən yaxşı seçildi

  • 2021-12-10

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi məlum olub.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola ötən ayın ən yaxşısı seçilib.

“Şəhərlilər” ötən ay çempionatda üç qələbə qazanıb. "Mançester Yunayted"i 2:0, "Everton"u 3:0 hesabı ilə məğlub edən 2şəhərlilər" "Vest Hem"i 2:1 hesabı ilə üstələyib.

Qvardiola karyerasında 10-cu dəfə Premyer Liqada ayın məşqçisi seçilib. O, bu ad uğrunda mübarizədə Stiven Cerrardla Yurgen Kloppu qabaqlayıb.