Varandan sevindirici xəbər
- 2021-12-09
"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan zədəsini sağaldıb.
Klubun saytına istinadən, fransalı oyunçu komanda ilə ümumi məşqlərə başlayıb.
Varanın İngiltərə Premyer Liqasının 16-cı turunun dekabrın 11-də keçiriləcək "Norviç"lə matçında oynaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, 28 yaşlı oyunçu bu mövsüm ölkə çempionatında 6 oyuna çıxıb, 1 qolun ötürməsini verib.