Silva "Mançester Siti"nin tarixinə düşdü
İngiltərə premyer liqası

Silva "Mançester Siti"nin tarixinə düşdü

  • 2021-12-08

"Mançester Siti"də noyabrın ən yaxşı oyunçusu müəyyənləşib.

Portuqaliya millisinin futbolçusu Bernardo Silva ötən ayın ən yaxşısı seçilib.
 
27 yaşlı yarımmüdafiəçi azarkeşlər arasında keçirilmiş sorğuda 48 faiz səs toplayıb. Joao Kanselo 35 faiz səslə ikinci, Rodriqo isə 17 faiz səslə üçüncü olub. Ardıcıl 3-cü dəfə bu ada layiq görülən oyunçu "Mançester Siti"nin tarixinə düşüb. Buna qədər heç bir futbolçu ardıcıl üç dəfə bu komandanın ən yaxşısı seçilməmişdi.
 
Qeyd edək ki, Bernardo Silva 2017-ci ildən "Mançester Siti"də çıxış edir.