İngiltərə premyer liqası

"Mançester Yunayted" geridönüş edərək rekorda imza atıb

  • 2021-05-10

İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

Səfərdə "Aston Villa" ilə qarşılaşan "Mançester Yunayted" 3:1 hesabı ilə qalib gəlib.

Ole-Qunnar Sulşerin komandası hesabda geri olsa da, daha sonra 3 qol vuraraq qalib gəlib – 3:1. Bu, "mankunyanlar"ın mövsümdə 10-cu geridönüşü olub. İndiyədək Premyer Liqa tarixində heç bir komanda mövsüm ərzində 10 dəfə geridönüş edə bilməyib.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada növbəti matçını mayın 11-də evdə "Lester"ə qarşı keçirəcək.

"Aston Villa" - "Mançester Yunayted" - 1:3
Qollar:
 Traore, 24 (1:0), Fernandes, 52 (1:1), Qrinvuud, 56 (1:2), Kavani, 7 (1:3)