"Liverpul"dan iki rekord
İngiltərə premyer liqası

"Liverpul"dan iki rekord

  • 2021-12-02

"Liverpul" yeni rekordlara imza atıb.

"Opta"ya istinadən, Mersisayd təmsilçisi buna İngiltərə Premyer Liqasının 14-cü turunda səfərdə "Everton"a 4:1 hesabı ilə qalib gələrək nail olub.

Bununla da, "Liverpul" ölkə çempionatında ardıcıl 18 matçda ən azı 2 qol vurub. Klub bu göstrəricidə "Sanderlend"in 1926/27 mövsümündəki seriyasını (17 oyun) geridə qoyub.

"Liverpul" 14 oyunda səfərdə ən azı iki qol vuraraq "Preston"un 1888/89-cu il rekordunu da yeniləyib.