Qvardiola Mourinyonu geridə qoydu
İngiltərə premyer liqası

Qvardiola Mourinyonu geridə qoydu

  • 2021-12-02

İngiltərə Premyer Liqasının 14-cü turunda "Aston Villa" ilə matç "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

"Mirror"a istinadən, 50 yaşlı mütəxəssis komandası ilə yerli çempionatda 150-ci qələbəsini qazanıb (2:1). O, buna 203-cü oyununda nail olub. Beləliklə, Qvardiola Joze Mourinyonu geridə qoyub. Mourinyo Premyer Liqada 150 qələbə həddinə çatmaq üçün 230 matç keçirib.

Qeyd edək ki, Qvardiola 2016-cı ildən "şəhərlilər"ə baş məşqçilik edir. Əlavə edək ki, Mourinyo İngiltərədə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"i çalışdırıb.