"Uotford" - "Çelsi" oyununda yarım saatlıq fasilə
İngiltərə premyer liqası

"Uotford" - "Çelsi" oyununda yarım saatlıq fasilə

  • 2021-12-02

Dünən İngiltərə Premyer Liqasının 14-cü turunda keçirilən "Uotford" - "Çelsi" matçında yarım saatlıq fasilə yaranıb.

Buna tribunadakı azarkeşlərdən birinin infarkt keçirməsi səbəb olub. Azarkeşə tibbi yardım göstərilər matçın baş hakimi oyunu dayandıraraq futbolçuları paltardəyişmə otağına göndərib. Yarım saatlıq fasilədən sonra oyun bərpa olunub.