"Mançester Siti"də şok itki
- 2021-11-19
"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin de Brüyne koronavirusa yoluxub.
"BBC"yə istinadən, bu barədə Mançester təmsilçisinin baş məşqçisi Pep Qvardiola məlumat verib. O, belçikalı futbolçunun iki koronavirus testinin müsbət çıxdığını və oyunçunun 10 gün karantində qalacağını bidirib.
Beləliklə, Brüyne Premyer Liqanın 12-ci turunda "Everton"la (21 noyabr) və Çempionlar Liqasının qrup mərhələsinin "PSJ" (24 noyabr) ilə görüşləri buraxacaq.