Sulşer aparıcı futbolçularla görüşdü
İngiltərə premyer liqası

Sulşer aparıcı futbolçularla görüşdü

  • 2021-11-19

"Mançester Yunayted"in baş məşqçisi Ole Qunnar Sulşer komandanın aparıcı futbolçuları ilə görüşüb. 

"Daily Mail"ə istinadən, norveçli mütəxəssis Kriştiano Ronaldo, Harri Makuayer, Bruno Fernandeş, Luk Şou, Viktor Lindelöf, Nemanye Matiçlə bir araya gəlib. O, sözügedən oyunçularla komandanın səviyyəsini yaxşılaşdırmaq üçün yollar axtarmaq barədə danışıb. Onlar 3 mərkəz müdafiəçisi ilə çıxış etmək sxeminə keçiddən sonra "Mançester Yunayted"in oyun taktikasını müzakirə ediblər. 

Qeyd edək ki, "qırmızı şeytanlar" bütün turnirlərdə son 10 matçda yalnız 3 qələbə qazanıb.