"Yunayted"in daha 10 azarkeşi həbs olundu
- 2021-11-19
İngiltərə polisi may ayında keçirilən "Mançester Yunayted" – "Liverpul" matçının təxirə salınmasına səbəb olan daha 10 azarkeşi həbs edib.
Etiraz aksiyasında və iğtişaş törətməkdə şübhəli bilinərək, həbs edilənlərin ümumi sayı 18-ə çatıb. Təqsirkarlar 20-51 yaş arası olanlardır. Hadisə ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, mayın 2-də 1000-dən çox azarkeş "Old Trafford"un qarşısında toplaşaraq, klubun Super Liqada iştirak etmək qərarına görə "qırmızı şeytanlar"ın sahibi Qleyzer ailəsinə etiraz edib. Daha sonra fanatların stadiona daxil olması səbəbindən əzəli rəqiblərin görüşü təxirə salınıb.