Oktyabrın ən yaxşı baş məşqçisi
İngiltərə premyer liqası

Oktyabrın ən yaxşı baş məşqçisi

  • 2021-11-12

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Bu ada "Çelsi"nin çalışdırıcısı Tomas Tuxel layiq görülüb.

O, digər namizədlər Yurgen Klopp ("Liverpul"), Devid Moyes ("Vest Hem") və Patrik Vieyranı ("Kristal Pelas") qabaqlayıb. London təmsilçisi Tuxelin rəhbərliyi altında oktyabrda keçirdiyi 4 çempionat matçının hamısında qələbə qazanıb.

Qeyd edək ki, Premyer Liqada oktyabrın ən yaxşı futbolçusu "Liverpul"un hücumçusu Məhəmməd Salah seçilib.