Salah ən yaxşı seçildi
İngiltərə premyer liqası

Salah ən yaxşı seçildi

  • 2021-11-12

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı oyunçusu açıqlanıb.

Turnirin rəsmi saytına istinadən, "Liverpul"un hücumçusu Məhəmməd Salah ötən ayın ən yaxşısı seçilib.

Misirli futbolçu ötən ay 4 oyunda 5 qol vurub və 4 assistə imza atıb. 

Salah digər namizədlər Ben Çiluell ("Çelsi"), Maksvell Korne ("Bernli"), Filip Foden ("Mançester Siti"), Valentino Livramento ("Sauthempton"), Aaron Ramsdeyl ("Arsenal"), Deklan Rays ("Vest Hem") və Yuri Tilemansı ("Lester") qabaqlayıb.