Mançesterin güclüsü bu dəfə "Siti" oldu
İngiltərə premyer liqası

Mançesterin güclüsü bu dəfə "Siti" oldu

  • 2021-11-06

İngiltərə Premyer Liqasının 11-ci turunda Mançester derbisi gerçəkləşib.

"Mançester Yunayted" evdə "Mançester Siti"ni qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Bayi, 7-avtoqol, Bernardo Silva, 45

Qeyd edək ki, bu nəticədən sonra "Mançester Siti" 23 xalla 2-ci, "Mançester Yunayted" 17 xalla 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 25 xalla "Çelsi" başçılıq edir.