Günün qarşılaşması - "Mançester" derbisi
İngiltərə premyer liqası

Günün qarşılaşması - "Mançester" derbisi

  • 2021-11-06

İngiltərə Premyer Liqasında 11-ci turun oyunları davam edir.

Günün maraqla gözlənilən qarşılaşmasında "Mançester Yunayted" öz evində "Mançester Siti" ilə qarşılaşacaq. "Old Trafford"dakı qarşılaşma saat 16:30 da start götürəcək. 10-cu turdan sonra "Mançester Yunayted" 17 xalla 5-ci, "Mançester Siti" isə 20 xalla 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 25 xalla "Çelsi" başçılıq edir.

Qeyd edək ki, "Mançester" derbisi İctimai Televiziya vasitəsilə canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq.

İngiltərə Premyer Liqası

11-ci tur

"Mançester Yunayted" - "Mançester Siti" (16:30)