Portuqaliyalılar ən yaxşı seçildi
İngiltərə premyer liqası

Portuqaliyalılar ən yaxşı seçildi

  • 2021-11-03

"Mançester" klublarında oktyabr ayının ən yaxşı futbolçuları müəyyənləşib. 

"Mançester Yunayted"də ötən ayın ən yaxşısı adına Kriştiano Ronaldo layiq görülüb. 36 yaşlı hücumçu azarkeşlərin 57 faiz səsini toplayıb. David de Xea 2-ci, Markus Reşford isə 3-cü olub. Ronaldo ardıcıl 2-ci dəfə ayın ən yaxşısı seçilib. 

"Mançester Siti"də isə ən yaxşı Bernardo Silva olub. O, komanda yoldaşı Fil Fodeni qabaqlayıb. O, ötən ay 5 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.