Klopp "Liverpul"un tarixinə düşdü
İngiltərə premyer liqası

Klopp "Liverpul"un tarixinə düşdü

  • 2021-10-25

İngiltərə Premyer Liqasının 9-cu turunda keçirilən "Mançester Yunayted" - "Liverpul" matçı (0:5) daha bir rekordla əlamətdar olub.

Qonaqların baş məşqçisi Yurgen Klopp Mersisayd təmsilçisində 200-cü qələbəsini qazanıb.

Onun yubiley qələbəsi 331-ci qarşılaşmada qeydə alınıb. Almaniyalı mütəxəssis "qırmızılar"da 200-cü qələbəyə ən tez çatan baş məşqçidir.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən "Liverpul"u çalışdırır.