9-cu tur "qırmızı şeytanlar"ın kabusu oldu
İngiltərə premyer liqası

9-cu tur "qırmızı şeytanlar"ın kabusu oldu

  • 2021-10-24

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

"Mançester Yunayted" "Old Trafford"da əzəli rəqibi "Liverpul"u qəbul edib. Oyun qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 0:5. Mersisaydlıların hücumçusu Məhəmməd Salah oyunda het-trik edib.

Qollar: Keyta, 5, Jota, 13, Salah, 38, 45+5, 50

Qırmızı vərəqə: Poqba, 60 

Bu nəticədən sonra "Liverpul" 21 xalla 2-ci, "Mançester Yunayted" 14 xalla 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 22 xalla "Çelsi" başçılıq edir.