"Tottenhem" cədvəldə yenidən geri düşdü
İngiltərə premyer liqası

"Tottenhem" cədvəldə yenidən geri düşdü

  • 2021-10-24

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları davam edir.

"Vest Hem" bu gün doğma divarar arasında "Tottenhem" komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolun müəllifi 72-ci dəqiqədə Mixail Antonio olub.

Qeyd edək ki, 9 turdan sonra "Vest Hem" 17 xalla 4-cü, "Tottenhem" isə 15 xalla 6cı yerdə qərarlaşıb.