"Mançester Siti"dən növbəti qələbə
İngiltərə premyer liqası

"Mançester Siti"dən növbəti qələbə

  • 2021-10-23

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Pep Qvardiolanın baş məşqçisi olduğu komanda 9-cu turda səfərdə "Brayton"la qarşılaşıb. Matç qonaq komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qollar: Gündoğan, 13 (0:1), Foden, 13 (0:2), 31 (0:3),Mak Allister, 81-pen (1:3), Mahrez, 90+5 (1:4)

Bu qələbə ilə xalını 20-yə yüksəldən "Mançester Siti" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Çelsi" 22 xalla 1-ci, "Liverpul" 18 xalla 3-cüdür.