"Çelsi"də ciddi itki
İngiltərə premyer liqası

"Çelsi"də ciddi itki

  • 2021-10-22

"Çelsi"nin hücumçusu Romelu Lukaku Çempionlar Liqasının qrup mərhələsində "Malmö" ilə oyunda zədələnib.

Belçikalı forvard 4:0 hesabı ilə qalib gəldikləri matçın 23-cü dəqiqəsində ayağından xəsarət alaraq əvəzlənib.

Onun topuq əzələsinin dartıldığı açıqlanıb. Həkimlər 28 yaşlı futbolçunun 3 həftə kollektivdən uzaq qalacağını bildirib.

Qeyd edək ki, Romelu Lukaku bu mövsüm Premyer Liqada 7 oyuna çıxıb, 3 qol vurub.