"Mançester Yunayted" Sulşerin qarşısına şərt qoydu
- 2021-10-18
"Mançester Yunayted" baş məşqçisi Ole Qunnar Sulşerə şans verməyə davam edir.
Britaniya mətbuatına istinadən, klub rəhbərliyi qış transfer pəncərəsi üçün norveçli mütəxəssisə 83 milyon avro büdcə ayırmağı planlaşdırır Ancaq bu büdcə ona komanda Premyer Liqada çempionluq uğrunda mübarizəyə davam edəcəyi təqdirdə, veriləcək. "Mançester Yunayted" ölkə çempionatında son 3 matçında qalib gələ bilməyib. Əgər Sulşer növbəti oyunlardan sonra ilk pillələrə yüksəlməsə, bu məbləğdən məhrum olacaq.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 14 xalla 6-cı pillədə qərarlaşıb. Komanda lider "Çelsi"dən 5 xal geridə qalır.