"Tottenhem" yenidən 5-likdə
İngiltərə premyer liqası

"Tottenhem" yenidən 5-likdə

  • 2021-10-17

İngiltərə Premyer Liqasında 8-ci turun oyunları davam edir. 

"Nyukasl" bu turda doğma divarlar arasında "Tottenhem"i qəbul edib. 1-i avtoqol olmaqla 5 qolun, 6 sarı və 1 qırmızı vərəqənin qeydə alındığı oyunda sevinən tərəf qonaqlar olub.

Hesabı 2-ci dəqiqədə meydan sahibləri açsalar da, ilk hissədə 3 dəfə fərqlənən londonlular güclərini göstəriblər. Qoldan doymayan "Tottenhem" oyunçuları, hətta 89-cu dəqiqədə öz qapılarına da bir top göndəriblər.

Qollar: Vilson, 2 (1-0), Ndombele, 17 (1-1), Keyn, 22 (1-2), Son 45+4 (1-3), Dayer, 89 (2-3)

Qeyd edək ki, bu oyundan sonra 15 xalla 5-ci pilləyə yüksələn "Tottenhem" birinci pillədə qərarlaşan "Çelsi"dən 4 xal geri qalır.