"Mançester Yunayted"in uğurlu seriyası qırıldı
İngiltərə premyer liqası

"Mançester Yunayted"in uğurlu seriyası qırıldı

  • 2021-10-17

"Mançester Yunayted"in Premyer Liqanın səfər matçlarındakı məğlubiyyətsizlik seriyası başa çatıb.

"Qırmızı şeytanlar" 8-ci turda "Lester"ə səfərdə 2:4 hesabıyla uduzub.

"Mançester Yunayted" ardıcıl 29 oyun idi ki, səfər matçlarında uduzmurdu. Komanda sonuncu dəfə 2020-ci ilin yanvarında "Liverpul"a 0:2 hesabıyla uduzmuşdu.

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 5-ci sıradadır.